#APATV #Quba #Qrız #müəllim #məktəb #dağkəndi #Naxçıvan #Qışlaqabbas #Xətairayonu #BakıDövlətUniversiteti #filologiyafakültəsi #ingilisdili #şagird #təhsil #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi Ayşən Hüseynsoyun 23 yaşı var. Naxçıvanın Qışlaqabbas kəndində doğulub, 2006-cı ildən isə Bakıda yaşayıb. Xətai rayon 95 saylı tam orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunudur. 2021-ci ildən Qrız kənd ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. Müəllim deyir ki, uşaqları öyrətməkdən böyük zövq alır: “İlk dəfə sənədləri təqdim etmək üçün gəlmişdik. Gələndə yolda bir sıra çətinliklərlə qarşılaşdıq. Amma bütün bunlara baxmayaraq kənd sakinləri çox mehribandırlar. Bizi bir həftə evlərində saxladılar. Baxmayaraq ki burda uşaqların sayı azdır yeni üsullar yaratmağa, şəraitə uyğunlaşmağa, onların dərsi daha da maraqlı öyrənməsinə, hətta dərsdən sonrakı fəaliyyətlərin də onlarla birgə nə isə etməyə çalışırıq.” Qrızın sərt qışı gənc müəllimin öyrəşmədiyi hava şəraiti olsa da artıq buna uyğunlaşmağa çalışır. Dərsdən sonra onun da kənd həyatına uyğun məişət qayğıları başlayır. Ayşən Hüseynsoy könüllü olaraq kənddə uşaqların xarici dil öyrənməsi üçün də çalışır. Dərsdən sonra məktəblilərə təmənnasız ingilis dili öyrədir.Müəllim deyir ki, kənddə ingilis dili müəllimi yoxdur, ona görə də bu işi özünə borc bilib: “Kənddə ingilis dili müəllimi olmadığı üçün uşaqlara təmənnasız olaraq ingilis dili dərsi keçirəm. Bütün siniflərdən uşaqları çağırıb onlara sıfırdan ingilis dilini tədris edirəm. Fikirləşirəm ki, bu uşaqlar gələcəkdə universitetə imtahan verəndə xarici dildən də imtahan verməli olacaqlar. Burda müəllim olmadığı üçün o uşaqların bazası sıfır olur. Mən də bu boşluğu az da olsa doldurmağa çalışıram.” Qrız kəndi 2000-2500 metr yüksəklikdə yerləşir. 16 şagirdin təhsil aldığı məktəbdə 8 müəllim çalışır. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: https://www.facebook.com/tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: https://www.instagram.com/apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: https://twitter.com/apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOfficial?sub_confirmation=1 Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TEKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

apa tvapa groupapa xeberapa xəbərapa tv xəbərapa xeberlerxeberlerson xeberlergundem xeberlerXəbərlərson xəbərlərxəbərlər bugüxəbərlərdə bugüngünün xəbərlərixəbərlər yenison deqiqegünün əsas xəbərləriBalaca dağ kəndinin böyük ümidinə çevrilən müəllimin əməli heyrətə səbəb olduQubaQrızmüəllimməktəbdağ kəndiNaxçıvanQışlaqabbasXətai rayonuBakı Dövlət Universitetifilologiya fakültəsiingilis dilişagirdtəhsil