Musiqi: Ülviyyə Hacıbəyova / İfa: Bənövşə Uşaq Xoru Boynunda al günəş yatan çinarlar, Qızılı gümüşə batan çinarlar Başı buludlara çatan çinarlar, Vətən yollarına yaraşıqsınız Baxıram nə gözəl vüqarınız var, Qarlı qışınız var, baharınız var Azərbaycan kimi diyarınız var, Çoxdan bu torpağın sirdaşısınız Vermisiz yollarda yenə döş döşə, Bəlkə vurğunsunuz batan Günəşə İstəmərəm sizdən bir yarpaq düşə Payızdır saçları dolaşıqsınız Baxıram nə gözəl vüqarınız var, Qarlı qışınız var, baharınız var Azərbaycan kimi diyarınız var, Çoxdan bu torpağın sirdaşısınız Çinarlar ay çinarlar, çinarlar ay çinarlar Ulduzlara çatırsınız Baxıram nə gözəl vüqarınız var, Qarlı qışınız var, baharınız var Azərbaycan kimi diyarınız var, Çoxdan bu torpağın sirdaşısınız Usaq Mahnilari: Çinarlar

korpebalalaroyrenmekdersusaqushaqbebebalacaChinarlarCinarlarÇinarlar